Husilər ABŞ-a məxsus PUA-nı vurublar

  • By ilhame
  • 16 Sentyabr 2024 13:28

Husilər ABŞ-nın daha bir pilotsuz uçuş aparatı (PUA) “MQ 9 Reaper”i vurublar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı husilərin nümayəndəsi Yəhya Sariyə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, PUA Yəmənin cənub-qərbindəki Damar əyaləti üzərində vurulub.

 

Bildirilib ki, bu, bir həftə ərzində ələ keçirdikləri üçüncü ABŞ PUA-sıdır. Yaxın Şərqdə eskalasiya başlayandan (2023-cü il oktyabrın 7-dən – red.) bəri onlar 10 PUA-nı sıradan çıxara biliblər.

 

Döyüş və kəşfiyyat tapşırıqlarında istifadə edilən bu PUA modelinin dəyəri 35 milyon dollar qiymətləndirilir.

Gununsesi.info