
Ağdərə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gununsesi.info-nun Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində bir nəfər – 1983-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu dünyasını dəyişib.
Hazırda qəzanın tam təfərrüatları araşdırılır.
Gununsesi.info