Şəmkirdə həkim avtomobil qəzasında ölüb

  • By ilhame
  • 15 Sentyabr 2024 09:18

Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb.

 

Belə ki, “Hyundai” markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info