Argentinada avtobus sürücüləri naziri döydülər – Xəbər dünyanın gündəmində / FOTOLAR

  • By arzu
  • 04 Aprel 2023 19:11

Argentinada qeyri-adi olay yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə yerli avtobus sürücüləri təhlükəsizlik nazirini döyüblər. Bir sürücünün silahlı hücumla öldürülməsindən sonra etiraz dalğaları daha da güclənib. Avtomobil magistralını qapadan qəzəbli kütlə Buenos Ayres Təhlükəsizlik Nazirinə kameraların qarşısında hücum çəkib. Döyülən  nazir üzündən ağır zərbələr alıb. Qan itkisinə uğrayıb.

HTML tutorial

 

 

Qəzəbli sürücülər yanğınlara yol veriblər. Olay yerinə polis işçiləri gətirilib. Onlar naziri qəzəbli sürücülərin əllərindən alıblar.

Sürücü dostlarının ölümünə etiraz edən avtobus sürücüləri

Hadisə zamanı 8 təhlükəsizlik işçisi və  3 avtobus sürücüsü yaralanıb. Nazir xəstəxanaya aparılıb.

Xatırladaq ki, 65 yaşlı avtobus sürücüsü Daniel Barrientos bazar ertəsi günü erkən saatlarda avromobildəki yolçuları soymağa çalışan iki nəfər tərəfindən vurulub.

Onun ölümü paytaxtdakı etirazların başlanmasına səbəb olub.

 

65 yaşındaki otobüs şoförü Daniel Barrientos, Pazartesi gününün erken saatlerinde araçtaki yolcuları soymaya çalışan iki kişi tarafından

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info