
Belçikada “Bəyaz Partiya” (BP) adı ilə yeni qurulan siyasi partiya öz təklifi ilə maraqla qarşılanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, tək məqsədi Parlamentdə “boş oturacaqlar” sistemi olan siyasi partiya qarşıdakı seçkilərə qatılaraq bu arzusunu gerçəkləşdirmək istəyir.
Partiya seçki sistemində boş və keçərsiz səslərin məclisə “boş oturacaqlar” olaraq dönməsini təmin etmək üçün çalışma başladıb.
Boş səsləri təmsilən adını “Blanco” (Bəyaz) olaraq seçən partiyanın internet saytında öncəki federal seçkilərdən bəzi statistikalar yazılaraq, istifadə edilən səslərin 6 %-nin boş və ya keçərsiz olduğu bildirilib.
Bəyaz Partiyanın olacaq millət vəkilləri yalnız bu istəklər üçün münasibət bildirəcəklər. Məqsəd gerçəkləşərsə, məclisdə istədikləri Konstitusiya dəyişikliyi səsverməsi keçirilərsə, Bəyaz Partiya özünü buraxacaq.