
Rusiyanın XİN başçısı Sergey Lavrovla Amerika rəsmisi Antoni Blinken arasında telefon danışığı olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, telefon danışığı zamanı iki Baş diplomat arasında iki gün öncə Rusiyada həbs edilən Amerikan vətəndaşı “Wall Street Journal”ın müxbiri Evan Gerşkoviçin məsələsi müzakirə edilib.
Yekaterinburq şəhərində “casusuluq etməsi” səbəbi ilə həbs edilən Evanın həbsi ilə bağlı Rusiya tərəfi “Yerli və beynəlxalq qanunlar səbəbi ilə alınmış qərar”a hörmətlə yanaşılmasına diqqət çəkilib.
Nazir Lavrov Gerşkoviçin taleyinin məhkəmədə bəlli ediləcəyini açıqlayıb.
Tərcümə: Arzu Sayadoğlu