
Amerikada yaşayan Adam Cutshall 20 il öncə alkoqolun təsiri ilə işlətdiyi elektrik əl aləti ilə barmağını kəsmiş, bir qismini itirmişdi.
Cutshall bir toplantıda etdiyi çağırışın ardından 3 ölçülü printerlə düzəldilən barmağına qovuşdu. Üstəlik, sığorta şirkətinin 20 min dollar dəyər ölçdüyü və məsrəflərini qarşılamadığı barmaq çox ucuza başa gəlib.
Gununseis.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nebraşka ştatında yaşayan Cutshall 3 il öncə verdiyi sifarişə barmaqlarının təslim etməsi ilə qovuşub. 3 il öncə “Reddit”də bir yazı paylaşaraq onun üüçn 3 ölçülü rinter işlədə bilən, bir oxucunun ona barmaq düzəltməsini istəmişdi.
69 yaşlı protez emalçısı Paul Hodaranın diqqətini çəkən və həftələrlə davam edən bir düzəliş marafonu xoşbəxt sonlanıb. Çeşidli barmaq modelləri dizayn edən Paul 20-dən çox örnək təcrübədən keçirdikdən sonra mükəmməl protez barmağı hazırlamağı bacarıb. Bu, sifarişçi Cutshallın da xoşuna gəlib.
Hər il 2 milyondan çox insan bədən üzvünü itirir. Bahalı qiymətlərdən dolayı, bu itkilərin protezlə qarşılanması mümkün olmur.
Ancaq Hodoranın protez barmaq emalı sanki bu işə çözüm ola bilər.


Tərcümə: Arzu Sayadoğlu