Fərhad Əhmədovla səsyazısı yaılan prodüser danışdı

  • By admin
  • 30 Mart 2023 12:52

Prodüser İosif Priqojin Azərbaycan əsili iş adamı Fərhad Əhmədovla  söhbətinin sızdırıldığı iddia edilən səs yazısı haqqında danışıb.

Gununsesi.info-nun xəbərinə görə, Rusiya mediasına açıqlamasında Priqojin qeyd edib ki, bu səsin ona heç bir aidiyyəti yoxdur: “Bu səs yazısı saxtadır və mənim səsinə oxşamır. Bu gün internet “böyük zibilliyə”  çevrilib və istənilən şəxsi gözdən salmaq imkanı var”.

HTML tutorial

Prodüser vəziyyəti son dərəcə xoşagəlməz adlandıraraq, mövqeyini dəyişmədiyini və bunu etmək fikrində olmadığını qeyd edib. O, aksiyanın məqsədinin prezidentin tərəfdarları arasında dava salmaq olduğunu irəli sürüb.

Priqojin  Əhmədovla tanış olduğunu deyib: “Ancaq çoxdandır  əlaqə saxlamarıq. Mən  reanimasiyaya düşəndən sonra Əhmədov tibb müəssisəsində qalmağının pulunu ödəməklə həyatımı  xilas edib”.

 

Tərcümə:

Şəbnəm