İran Parlamentinin bəyanatı nə diplomatik qaydalara, nə də digər ölkənin suverenliyinə  hörmət prinsipinə söykənir - NAQİF HƏMZƏYEV

  • By admin
  • 05 Aprel 2023 18:47

“Azərbaycanın hansısa bir ölkədə səfirlik açması onun suveren hüququdur. İran Parlamentinin bununla bağlı bəyanatı nə diplomatik qaydalara, nə dövlətlərarası münasibətlərə, nə  də digər ölkənin suverenliyinə  hörmət prinsipinə söykənir”.

 

HTML tutorial

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev İran Parlamentinin Azərbaycanla bağlı son  bəyanatını şərh edərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycanla İsrailin münasibətləri imkan verib ki, orada səfirliyimiz açılsın: “İndiyə qədər Azərbaycanla İranla qonşuluq münasibətlərini nəzərə alırdı. Baxmayaraq ki, İsralin Bakıda səfirliyi uzun illərdir var. Amma biz müəyyən məsələləri nəzərə alırdıq. Düzdür, İsraillə münasibətlərimiz yüksək səviyyədə idi. Səfirliyimiz olmasa da qarşılıqlı əməkdaşlıq davam edirdi. 44 Günlük Vətən Müharibəsi Azərbaycanı sevən və sevməyən ölkələr üçün həm də bir test oldu. Bu savaşda İsrail bizə dost olduğunu nümayiş etdirdi. Ancaq yalançı müsəlman həmrəyliyindən danışan İrandan xəyanət gördük. Bu gün İran rejimi Azərbaycanda müxtəlif təxribatlar törətməklə məşğuldur”.

Naqif Həmzəyevin sözlərinə görə, İran Parlamentinin bəyanatında digər müsəlman ölkələrinə olan çağırış da reaksiyasız qalacaq.

 

Elmar Elnuroğlu

Gununsesi.info