Mingəçevir su anbarında batan şəxslərin meyiti tapılıb -YENİLƏNDİ

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

19:59

Mingəçevir su anbarında iki nəfər atıb.

Gununsesi.info məlumatına görə, Yevlax rayon sakinləri, 16 yaşlı Onur Oruclu və 17 yaşlı Hüseyn Qurbanov su anbarında çimərkən batıb.

Oruclu Onur Nicat oğlunun cəsədi sudan çıxarılıb. Qurbanov Hüseyn Məhərrəm oğlunun isə meyiti axtarılır.

Məlumata görə, yeniyetmələr Onurun ad gününü qeyd etmək üçün su anbarında çimməyə gediblərmiş.

Gununsesi.info