
“Qarabağ”dan ayrılan Qara Qarayev “Neftçi” ilə danışıqlar aparır.
Bu barədə “Qafqazinfo”ya klubun idman direktoru Zaur Əzizov məlumat verib.
O bildirib ki, təcrübəli yarımmüdafiəçi ilə danışıqlar davam edir.
Əldə etdiyimiz məlumata görə, “Neftçi” Qara Qarayevlə demək olar ki, bütün məsələlərdə razılıq əldə edib. Onunla bugünlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, 2008-2023-cü illərdə “Qarabağ”da çıxış edib.
Gununsesi.info