Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu

  • By ilhame
  • 24 İyun 2024 22:13

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

 

Gununsesi.info-nun məlumatına görə, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu – VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

 

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

 

Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

 

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.

Gununsesi.info