Daha bir yeraltı məktəbin tikintisinə başladıldı

Ukraynanın Zaporojye şəhərində ümumtəhsil məktəblərin təhlükəsizliyi istiqamətində işlər aparılır.

Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, yeraltı məktəbin tikintisinə start verilib.

Bildirilir ki, yerin səviyyəsindən 6,5 metr dərilikdə qazılan çuxur hidroizolyasiya edilərək, beton töküləcək. Məktəb 500 şagird üçün nəzərdə tutulub.  

Xatırladaq ki, bu ilin  əvvəlində Xarkovda 900 şagirdlik orta məktəbin tikintisi başa çatıb.

 

 

Xəqani

Gununsesi.info