Amerikada 11 nəfəri qətlə yetirən ölümə məhkum edilir

2018-ci ildə ABŞ-ın Pittsburq şəhərində sinaqoqda silahlı hücumda 11 nəfəri qətlə yetirən Robert Bauers haqqında ölüm qərarı qüvvəyə minib.

Gununsesi.info xəbər verir ki, bu barədə Pittsburqun Federal Məhkəməsi məlumat yayıb.

Məhkəmədə hakim Robert Kolvilə təqdim edilən hökm oxunarkən Bowers heç bir reaksiya verməyib.

Qeyd edilib ki, Bowersin “antisemitizm”in əsas motivinə hücumu və sonradan peşmançılıq nümayiş etdirməməsi münsiflər heyətinin ölüm hökmü ilə bağlı qərarında təsirli olub.

Vəkilləri Bowersin hücumun “psixi sağlamlıq problemləri” ilə bağlı olmasını əsaslandırmayıb.

Bowers dini inancların azad şəkildə həyata keçirilməsinə mane olmaq, qətl törətmək üçün odlu silahdan istifadə etmək , eyni zamanda nifrət cinayətləri də daxil olmaqla 63 cinayətdə təqsirli bilinib.

50 yaşlı Bowers 27 oktyabr 2018-ci ildə Pittsburqda sinaqoqda silahlı hücumda  4 nəfər polis olmaqla 11 nəfəri öldürmüşdür.

Bowersin barəsindəki hökm ölüm cəzasına son qoymaq üçün vəd verən Co Baydenin prezidentliyi dövründə qəbul edilmiş ilk  ölüm hökmüdür.

Qeyd edək ki, hakim  yaxın günlərdə edam hökmünü rəsmi olaraq  təsdiqləyəcək.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info