
NATO ölkələri Belarusdakı “Vaqner” muzdlu silahlılarının varlığından narahatdır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlamanı NATO-nun Şərqi Avropa ölkələri Rusiyadakı üsyandan sonra Belarusa göndərilən döyüşçülərin varlığından sonra səsləndiriblər.
Polşa, Litva və Latviya 2 il öncə Belarusdan sərhədlərinə köçkün və mühacirlərin axının başlamasından sonra həyəcanlı durumda idi.
Belarus Prezidenti Aleksandr Lukaşenko qərbdəki sabitsizliyə səbəb olması üçün köç yollarını açdıqlarını iddia etmişdi.
İndi isə qayğılara “Vaqner” muzdu döyüşçülərinin Belarusa gəlməsi də əlavə edildi.
Polşanın Baş naziri Mateus Moravievski Belarusdakı 100 “Vaqner” döyüşçüsünün Polşa sərhədinə strateji bölgə olan Suvalki Koridoruna yaxınlaşdığını bildirdi.
Polşa rəsmisi durumun hər zamankından daha həssas olduğunu söyləyib.
Dünən isə 2 Belarus helikopteri tətbiqat zamanı kiçiç yüksəklikdə Polşa hava məkanına girmişdi.
Bu durumu Polşanın Müdafiə Naziri NATO-ya hesabaat vermişdi. NATO isə durumu izləməyə almışdı.
Latviya Dövlət Sərhəd Mühafizə Qurumunun başçısı Quntis Pujats açıqlamasında sərhəd təhlükəsizliyi riskinən danışmışdı.
Belarusun “qarışıq savaşın” bir ünsürü olaraq işlətməsindən bəri sərhəd riskinin yüksək olduğunu bildirmişdi.
Litva Prezidenti Qitanas Nauseda bi həftə etdiyi açıqlamasında “Vaqner” döyüşçülərinin Litva sərhədi yaxınlığındakı varlığını təxribat məqsədli istifadə edə biləcəyi xəbərdarlığını etmişdi.
Tərcümə: Arzu