Bəxtiyar Hacıyevin saxlanılması bizi narahat edir - AVROPA İTTİFAQININ SƏFİRİ

“Bu gün təəssüf edirəm ki, Bəxtiyar Hacıyev bizimlə birlikdə bu tədbirdə yoxdur. Onun bu gün saxlanılmasını eşitdim”.

Gununsesi.info bildirir ki, bunu Avropa İttifaqının Bakıdakı səfiri Piter Mikalko 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ilə Aİ-nin, ABŞ və Böyük Britaniya səfirliklərinin birgə təşkil etdiyi qəbulda deyib.

HTML tutorial

Hacıyevin cəmiyyətin tanınmış siması olduğunu vurğulayan səfir bildirib ki, onun saxlanılmasından təəssüflənir və bu prosesi diqqətlə izləyəcəklər.

Pərviz Həşimli
Gununsesi.info