“Mən prezident olanda bunların heç biri olmayıb”

  • By Günel
  • 01 Oktyabr 2024 23:44

ABŞ prezidentliyinə namizəd Donald Tramp İsrailə raket hücumuna reaksiya verib. Tramp bu barədə sosial şəbəkədə yazıb və hücumu “müharibə” adlandırıb.

“Bu gün dünyaya baxın. Hazırda Yaxın Şərqdə uçan raketlərə baxın, Rusiyada-Ukraynada nə baş verdiyinə baxın, dünyanı məhv edən inflyasiyaya baxın. Mən prezident olanda bunların heç biri olmayıb!”.

Gununsesi.info