
İşğalçı İsrail döyüş təyyarələrinin Qəzza şəhərində məcburi köçkünlərin sığındığı məktəb və uşaq evinin bombalanması nəticəsində 10 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Gununsesi.info – nun Fələstinin rəsmi agentliyinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail döyüş təyyarələri Qəzzanın Tuffah bölgəsinin Zerka bölgəsində köçkünlərin sığındığı Muskat məktəbini bombalayıb.
Hücumda 5 fələstinli həyatını itirib, 3-ü uşaq olmaqla 17 nəfər yaralanıb.
İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbində köçkünlərin sığındığı Amal Yetimlər İnstitutunu da bombalayıb.
Qəzza Mülki Müdafiə Müdirliyindən edilən yazılı açıqlamada İsrail döyüş təyyarələrinin Amal Yetimlər İnstitutunu bombalaması nəticəsində 5 fələstinlinin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.
Günel Həsənova
Gununsesi.info