“ABŞ İsrailə İranın hücumlarından müdafiəsinə kömək edir” - Ağ Ev

  • By Günel
  • 01 Oktyabr 2024 23:41

ABŞ İsrailə İranın hücumlarından qorunmağa kömək edir.

Gununsesi.info xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

“İsrailin təhlükəsizliyinə sadiqliyimizə uyğun olaraq, ABŞ-nin bölgədəki qüvvələri indi İsraili İran raketlərindən qoruyur”, – məlumatda bildirib.

ABŞ administrasiyası İsrailə qarşı hazırkı raket hücumunun İran üçün ciddi nəticələr verəcəyini iddia edir.

Qeyd edək ki, bu gün İran İsrailə kütləvi raket hücumu həyata keçirib.

Gununsesi.info