Azərbaycanda son 10 gündə 12 nəfər yol qəzalarında həlak olub –RƏSMİ

Azərbaycanda son 10 gündə 12 nəfər yol qəzalarında həlak olub –

“Aprelin 1-dən 10-na qədər respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrində 12 nəfər ölüb”.
Gununsesi.org xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
O bildirib ki, aprelin 1-dən 10-na qədər respublika ərazisində 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
“Qəzalarda 12 nəfər ölüb, 26 nəfər yaralanıb. Bu hadisələrin altısı Bakı şəhəri ərazisində qeydə alınıb ki, nəticədə, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
11 yol-nəqliyyat hadisəsi isə respublikanın müxtəlif rayonlarında baş verib. Həmin qəzalarda beş nəfər ölüb, 13 nəfər yaralanıb.
Daha 11 yol-nəqliyyat hadisəsi respublikanın rayonlararası yollarında qeydə alınıb. Bu qəzalarda beş nəfər ölüb, doqquz nəfər yaralanıb”.

Gununsesi.org

COMMENTS