Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində 6 saylı tam orta məktəbin qabağında qeydə alınıb.
Belə ki, orta yaşlı kişi kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyata götürülüb.
Hazırda bıçaqlanan şəxsi kimliyi və hadisənin hansı şəraitə baş verməsi araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org
COMMENTS