Trampdan ilginc etiraf: “Heç nə etməsəydik, ölüm sayı 2 milyondan çox olardı…”

Trampdan ilginc etiraf: “Heç nə etməsəydik, ölüm sayı 2 milyondan çox olardı…”

Gununsesi.org BBC News-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxmuş insanların  həyatını xilas etmə prosesində çox böyük irəliləyişlər olduğunu söyləyib.

“Kədər və ağrının qızğın vaxtında qətiyyətli strategiyamızın nəticəsində saysız-hesabsız insanların həyatının xilas olunduğunun aydın əlamətlərini görürük… Baş verə biləcəklərlə müqayisədə  biz xeyli insanın həyatını xilas edirik. Bunun necə qurtaracağına baxacağıq, amma görünür ki, 100.000-dən aşağı saya yaxınlaşırıq” – Donald Tramp deyib.

O, qeyd olunan rəqəmin gözlədiklərindən qat-qat aşağı olduğunu vurğulayıb.

ABŞ prezidenti əlavə edib: “Əgər biz heç nə etməmiş olsaydıq 100.000 ilə 220.000 arasındakı rəqəm ən azı 2.2 milyona çatardı”.

Gununsesi.org

COMMENTS