Koronavirusla aparılan mübarizənin ön cəbhəsində qərarlaşan həkimlərin üzərinə böyük yük və məsuliyyətin düşdüyü birmənalıdır. Məhz bu baxımdan da dünyanın bir sıra ölkələrində tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif addımlar atılmaqdadır.
Gununsesi.org xəbər verir ki, bu günlərdə Rusiyanın paytaxtı Moskva şəhərində həkimlərə diqqət və qayğının artırılması baxımından mühüm addım atılıb. Belə ki, şəhər özünün ən lüks otellərinin qapısını həkimlərin üzərinə açıb. Moskva şəhərində fəaliyyət göstərən həkimlər otellərdə pulsuz qalmaq hüququ əldə ediblər. Bundan başqa, otellərdə həkimlərə göstərilən hər cür xidmət tamamilə pulsuz edilib. Bura həkimlərin yeməklə təminatı və s. xidmətlər daxildir.
COMMENTS