
Aprelin 13-də Honqkonqda 3×3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat mərhələsinin növbəti qrup oyunları keçirilir.
Gununsesi.info xəbər verir ki, 3×3 qadın millimiz “B” qrupunda ikinci oyununu Monqolustan seçməsinə qarşı keçirib və 13-12 hesabı ilə qalib gələrək, adını yarımfinala yazdırıb.
Qeyd edək ki, 3×3 qadın millimizin qrupda sonuncu oyunu bu gün saat 13:45-də Niderland seçməsinə qarşı olacaq. Oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Gununsesi.info