“Sumqayıt” – “Qarabağ” oyununa indiyədək 6 minə yaxın bilet satılıb

  • By ilhame
  • 28 Aprel 2024 11:13

Azərbaycan Premyer Liqasının XXXII turunda bu gün keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçına indiyədək 6 000-ə yaxın bilet satılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib.

 

Onun sözlərinə görə, qalan biletlər 2 manatlıq sektorlara aiddir: “Saat 12:00-dan sonra kassa açılacaq və qarşılaşmanın start fitinədək fəaliyyətdə olacaq. Düşünürəm ki, bu müddətdə də bütün biletləri sata bilərik. Satışda təxninən 2 minədək bilet qalıb”.

 

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” matçı aprelin 28-də, saat 20:00-da start götürəcək.

Gununsesi.info