
Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Məhkəmənin yeni vitse-prezidentini – hakim Arnfinn Bårdseni (norveçli) seçib.
Bu barədə Avropa Məhkəməsindən
Gununsesi.info-nun elektron poçtuna göndərilən məlumatda deyilir.
Məlumata görə, o, vəzifəsinin icrasına 2 iyul 2024-cü ildə başlayacaq.
Məhkəmə bu gün həmçinin yeni Bölmə sədrini – hakim İvana Yeliçi (Monteneqro) seçib. O, həmçinin 2 iyul 2024-cü ildə vəzifəsinin icrasına başlayacaq.
İlhamə
Gununsesi.info