Aİ ölkələrinin parlament sədrləri Tibilisiyə toplaşıb

Almaniya, Polşa, Çexiya, Litva və Estoniya parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri Tbilisiyə gəliblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu dəqiqələrdə onlar Gürcüstan parlamentinin müxalifət deputatları ilə görüş keçirirlər. Danışıqların əsas mövzusu xarici agentlər haqqında qanun layihəsidir.

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot əvvəllər demişdi ki, nümayəndə heyətinin səfəri artıq bir aydır mübahisəli təşəbbüsün geri götürülməsini tələb edən etiraz aksiyası keçirən gürcü xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

“Mən Gürcüstanın dostuyam və ölkəni Aİ yolunda dəstəkləyirəm. Ona görə də Avropa İttifaqı ölkələrindən olan digər həmkarlarımla birlikdə Tiflisə gedirəm”, – deyə o, X sosial şəbəkəsində yazıb.

Bildirilir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqı ölkələri parlamentlərinin deputatları ilə görüşdən imtina edib.

Onun sözlərinə görə, səfərin təxirə salınması ilə bağlı tövsiyəsini nəzərə almayıblar. Papuaşvili həmçinin bildirib ki, müxalifət onların gəlişini “radikal hərəkətlər” üçün stimul kimi qəbul edə bilər.

“İmedi” telekanalının məlumatına əsasən, nümayəndə heyətinin üzvləri Gürcüstana səfəri üçün Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilidən 50 min dollar alıblar.

2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra vəzifəsini tərk edərək bizneslə məşğul olub.

Qeyd edək ki, Kezeraşvili hazırda Böyük Britaniyada yaşayır.

 

 

 

Şəbnəm

Gununsesi.info