Trampın prezidentliyi NATO-nun gələcəyi üçün təhlükədir

“Tramp prezident seçkilərində qalib gəlsə, Birləşmiş Ştatlar alyansdan çıxmasa belə, NATO-nu zəiflədə bilər”.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Atlantik Şurasının ekspertləri bildirib.

Onların fikirlərinə görə , maliyyələşdirmədən imtina edərək, amerikalı hərbçiləri və komandirləri Avropadan geri çağırmaqla, Şimali Atlantika Şurasında qərarların qəbulunu əngəlləməklə Tramp ABŞ-ı formal olaraq ondan çıxarmadan alyansı əhəmiyyətli dərəcədə zəiflədə bilər.

Bundan əlavə analitiklərin bildirir ki, Trampın alyansla bağlı mövqeyi Avropanın Amerika administrasiyasına və onun hərbi qətiyyətinə etimadını sarsıda bilər.

Onlar hesab edir ki, ABŞ-ın NATO-da rəhbərliyi olmadan müttəfiqlər vahid olaraq qalmaqda çətinlik çəkəcəklər. Çətin ki, digər bir ölkə bu rolu oynaya bilsin. Bununla əlaqədar ekspertlərə ən çox ehtimal olunan ssenari Avropa İttifaqının hərbi potensialı məhdud olduğu üçün onun yerini tuta bilməyəcəyi alyansın tam dağılması kimi görünür.

Bildirilir ki, Tramp fevralın 10-da Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı Amerika administrasiyasının rəhbəri olarkən NATO ölkələrinin liderləri ilə keçirdiyi görüşlərdən birindən danışıb.

Onun sözlərinə görə, o zaman xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün töhfələr ödəməsə, Rusiyadan ehtimal edilən təhlükə zamanı ABŞ-ın alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub.

Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və üstəlik Rusiyanı istədiyini etməyə təşviq edəcəyini bildirib.

Məlumatda deyilir ki, bu söhbətin nə vaxt və harada baş verdiyini, həmsöhbətinin kim olduğunu açıqlanmayıb.

Qeyd edək ki, yüksək hökumət postu uğrunda mübarizə aparan Tramp NATO-dan da narazılığını bildirib.

O, noyabrda keçiriləcək seçkilərdə qalib gələrsə, avropalı tərəfdaşların öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımayacağı təqdirdə ABŞ-ı Şimali Atlantika Alyansından çıxarmaqla hədələyib.

 

 

 

Şəbnəm

Gununsesi.info