Paşinyan Yan Borqla görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla görüşüb.

Gununsesi.info xəbər verir ki, tərəflər görüş zamanı Ermənistanla ATƏT arasında əməkdaşlıq, Cənubi Qafqazda baş verən hadisələr, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Qeyd edək ki, Yan Borq sabah Azərbaycana səfər edəcək.

Gununsesi.info