Belarus müxalifəti mitinqlərə çıxmaq üçün şans gözləyir

“Belarus müxalifəti Rusiya və bu ölkə arasında sanksiyaların sinxronlaşdırılmasını və mühacirətdəki müxalifətin işini gücləndirməyi planlaşdırır”.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya deyib.

O,  Avropa İttifaqı və ABŞ-la işləməkdən gözləntilərini şərh edərək, vətəndaş cəmiyyətinin və müxalifət mediasının eyni zamanda insan haqları mərkəzlərinin işindən danışıb.

“Birincisi, sanksiyaları Lukaşenko rejimi və Rusiya ilə sinxronlaşdırın, çünki indi onlar asanlıqla onlardan yan keçərək ticarətə davam edirlər. İkincisi, demokratik qüvvələrin, mühacirətdəki müxalifətin işini tam tanınmaqla gücləndirin”, – deyə siyasətçi bildirib.

Qeyd edək ki, Tixanovskaya daha əvvəl demişdi ki, Belarus müxalifəti gizlidir və kütləvi etirazlara çıxmaq üçün növbəti şansı gözləyir.

O, belarusiyalıların dörd il əvvəl baş vermiş hadisələri unutmadığını və yenidən mitinqlərə çıxmağa hazır olduğunu əlavə edib.

 

 

 

Şəbnəm

Gununsesi.info