Əfqanıstanda daşqınlar nəticəsində 311 nəfər ölüb

Əfqanıstanın şimal-şərqindəki Bəğlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər həlak olub.

 

Gununsesi.info AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bildirib.

 

Xatırladaq ki, daha əvvəl təbii fəlakət sonucunda ölənlərin sayı 300-ü keçdiyi deyilsə də, dəqiq rəqəm açıqlanmamışdı.

 

Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü AFP-yə 2 000-dən çox evin dağıldığını söyləyib. Agentliyə görə, ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.

 

Mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.

Gununsesi.info