
Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Gununsesi.info-nun verdiyi xəbərə görə, həlak olanların sayı arta bilər, çünki onlarla insan itkin düşmüş hesab edilir.
Bundan başqa Kabili Əfqanıstanın şimalı ilə birləşdirən əsas yol isə bağlanıb.