Çempionlar Liqasının finalını o idarə edəcək

Çempionlar Liqasının finalında keçiriləcək “Real” – “Borussiya” (Dortmund) oyunu üçün hakim təyinatları müəyyənləşib.

Gununsesi.info UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fransua Leteksier (Fransa) idarə edəcək.

Qeyd edək ki, iyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Gununsesi.info