Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası İrəvanda keçiriləcək

  • By ilhame
  • 04 İyun 2024 13:45

Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası payızda İrəvanda keçiriləcək.

 

Gununsesi.info “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə şuranın iclasının yekunlarına dair Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayev məlumat verib.

 

“Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası sentyabrın sonu – oktyabrın əvvəlində İrəvanda keçiriləcək”, – o qeyd edib.

 

2015-ci ildə yaradılan Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

Gununsesi.info