Putinin ətrafında hansısa oyunlar gedir -Politoloq

Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin hökumətinin tərkibində  bəzi dəyişikliklər edib. Ən mühüm dəyişikliklərdən biri isə 12 il müdafiə naziri vəzifəsini icra edən Sergey Şoyqunu vəzifəsindən azad edərək, onun yerinə baş nazirin müavini iqtisadçı Andrey Belousovu təyin etməsi olub.

Məlum məsələdir ki, Rusiya tarixində belə dəyişiliklər çox nadir hallarda baş verir. Qeyd edək ki, Şoyqu Putinin ən sadiq adamlarından biri kimi tanınırdı 

Bəs görəsən, Putin ona sadiq olan bir komanda üzvünü niyə kənarlaşdırıb?

Bu yeni təyinatlar Rusiya siyasətində və Ukrayna müharibəsində hansı gözlənilməz hadisələri vəd edir?

Gununsesi.info-ya açıqlamasında politoloq Telman Qasımov bildirir ki, bu proseslərin baş verməsi Putinin ətrafında gedən oyunlardan irəli gəlir:

“Proseslər getdikcə Rusiyanı həm daxili, həm də siyasi məsələlərdə daha da gərginləşməyə doğru aparır. Eyni zamanda bu Ukraynaya cəbhəsindəki vəziyyətə də aiddir. Putinin yenidən inaqurasiyasından sonra onun əhatəsində  yeni dəyişiliklərin baş verməsi aydın məsələ idi. Baxmayaraq ki, yaxın ətrafındakılar ilə uzun bir  yolu getmişdi, amma bu dəyişiliklər baş verdi. Bütün bunlar onu göstərir ki, daxili siyasətdə xüsusən də Putinin ətrafında hansısa oyunlar gedir. Bu oyunların əsas aparıcı fiqurlarından biri də demək olar ki, Sergey Şoyqudur. Sergey Şoyqunun kimliyi də müəmmalıdır. Bilinmir Qərb yönülüdür, yoxsa həqiqətən də Putinin ən yaxın adamıdır, dostudur. Zaman-zaman bunlar hamısının üstü açılacaqdır”.

Putinin ətrafında bəzi qüvvələrin bu günə qədər də olduğunu deyən politoloqun sözlərinə görə, həmin qüvvələr Putini Ukrayna cəbhəsinə, müharibəyə sürükləyib:

“Bunların içərisində Medvedev də daxildir. Bunlar hamısının gələcək də dosyaları açılacaqdır. Tam əksəriyyəti, Putini əhatə edib və Ukrayna cəbhəsində müharibə sürükləyən qüvvəllərdir”.

Telman Qasımov deyir ki, Qərb artıq Ukraynaya yeni silahların verməsi prosesini reallaşdırmağa başlayıb.

O, əlavə edir ki, Ukrayna cəbhəsində bu gün Rusiya üçün heç də xoş xəbərlər yoxdur. “Rusiya Ukraynaya qarşı irəlilədiklərini bəyan etsə də, ancaq strateji vacib olan nöqtələri ələ keçirə bilmirlər”.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info