
İsrail Fələstinin HƏMAS tərəfindən əsir götürülən girovların azad edilməsi üçün Qəzza zolağında hərbi əməliyyatları 42 gün müddətinə dayandırmağa hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib:
“İsrail girovları geri qaytarmaq üçün 42 gün ərzində hərbi əməliyyatları dayandıra bilər”.
Eyni zamanda, o, əlavə edib ki, İsrail müvəqqəti atəşkəsdən sonra əməliyyatı həyata keçirməkdən imtina etməyəcək və müharibəsi dayandıra bilməz.
Baş nazirin sözlərinə görə, ölkənin məğlubiyyətindən faydalanan rəqiblərin diqqəti İsrailə yönəlib.
Netanyahu daha əvvəl bildirib ki, tam atəşkəs üçün Təl-Əviv əvvəlki şərtlərinin yerinə yetirilməsini tələb edəcək.
Şərtlər Həmas-ın hərbi imkanlarının məhv edilməsi, bütün girovların azad edilməsi və Qəzzadan İsrailə qarşı təhlükənin neytrallaşdırılmasıdır.
Gununsesi.info