
Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” mövzusunda təxirəsalınmaz müzakirələrin sonunda qətnamə qəbul edib.
Gununsesi.info-nun xəbərinə görə, bəyanatda baş verən hadisələrdən hədsiz narahatlığını ifadə edilib:
Pol Qavanın (İrlandiya, UEL) hazırladığı hesabata əsaslanan qətnamədə deyilir:
“ Azərbaycanın öz ərazisində və sərhədlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlığını tam şəkildə tanımaqla yanaşı, “Asambleya onun rəhbərliyinin mövcud vəziyyətdən irəli gələn çox ciddi humanitar və insan hüquqları nəticələrini qəbul etməməsi faktına heyrətlənir. Azərbaycan “özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yaşayan hər kəsin təhlükəsizliyini qorumaq və təmin etmək öhdəliyi” daşıyır. Beynəlxalq diqqəti Laçın dəhlizindəki vəziyyətə və onun insan hüquqlarına və humanitar nəticələrinə cəlb etmək “bu məsuliyyəti xatırlatmaq üçün zəruridir”.
Assambleya Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin olmamasının “daha geniş məsələnin bir hissəsi olduğunu” qəbul edərək, “təkcə humanitar reaksiyanın yetərli olmadığına və siyasi həllə ehtiyac olduğuna” əminliyini ifadə edib.
Sənəddə deyilir ki, təcili olaraq Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinin Bakı və Xankəndi arasında dialoq yolu ilə həll edilməsinə və istənilən sülhün həyata keçirilməsi mexanizminin işə salınmasına neytral beynəlxalq müdaxilə olmalıdır.
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana təcili olaraq “insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməyə” tapşırdığını qeyd edən Assambleya Azərbaycanı da bu sərəncama təcili şəkildə əməl etməyə çağırıb.
Azərbaycanın Dağlıq Qarabağa qanunsuz silah gətirilməsi ilə bağlı iddialarının doğruluğunu qiymətləndirmək üçün də araşdırma aparılmalıdır.
Assambleya Azərbaycanın Ermənistana qarşı qaldırdığı ərizələrinin hər iki beynəlxalq məhkəmə tərəfindən rədd edildiyini qeyd etməklə yanaşı, hesab edir ki, Ermənistan da gərginliyin azaldılmasında rol oynamalı və bu məqsədlə hansısa formada beynəlxalq monitorinqlərə açıq olmalıdır.
Assambleya Azərbaycan rəhbərliyinin ən yüksək səviyyəsində ermənilərə qarşı istifadə olunan “düşmən və hədələyici ritorikadan” son dərəcə narahatdır və Azərbaycanı bu cür ritorikadan imtina etməyə və həm ictimai, həm də yüksək səviyyəli rəsmilər də daxil olmaqla həm nifrət nitqi, həm də nifrətlə mübarizə üçün addımlar atmağa çağırıb.
Assambleya Azərbaycanı faktaraşdırıcı missiya üçün Laçın dəhlizinə və Dağlıq Qarabağa səfər etmək, vəziyyəti yerində qiymətləndirmək üçün Avropa Şurasının nümayəndə heyətini dəvət etməyə çağırıb.
Qətnamənin sonunda Assambleya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını alqışlayıb.
Tərcümə:
Afət Abbasova