Narkotiklə həbs edilən dindar prezidentdən ədalət umur

Deputat Fazil Mustafaya sui-qəsd cinayətindən sonra dindarlar ətrafında böyük həbslər başlayıb. Həmin həbs  dalğasında narkotik ittihamı ilə tutulan  Şəmkir sakini Nizami Əhmədov Prezident İlham Əliyevə müraciət edib.

 

HTML tutorial

Gununsesi.info-ya təqdim edilən müraciətin olduğu kimi  təqdim edirik:

Azərbaycan Respublikasını CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən, Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Əhmədov Nizami Cabbar oğlu tərəfindən

M Ü R A C İ Ə T

Cənab Prezident!
​Bildirirəm ki, mən – 1971-ci ildə Şəmkir şəhərində anadan olmuş, həmin şəhərdə M.Ə.Sabir küçəsi ev 58-də yaşayan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, sahibkarlıqla məşğul olan – Əhmədov Nizami Cabbar oğlu 29.03.2023-cü il tarixdə yaşadığım ünvanda olarkən Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən aldadılaraq həmin polis şöbəsinə gətirilmişəm. Orada  “yuxarının sifarişidir” deyə həbs olunmalı olduğumu bildirdilər. Masanın üzərinə narkotik vasitəni qoyub mənə aid olması barədə etiraf yazmağımızı tələb etdilər. Ancaq buna qəti etirazımı bildirəndə isə dedilər ki, əks təqdirdə Bakıya aparıcam və orada casuz ittihamı alacam. Məni seçim qarşısında qoyduqları üçün, əlacsız qalıb “heroinin” mənə məxsus olduğunu yalandan boynuma alıb, özümə böhtan atdım.

Polis işçiləri tərəfindən əvvəlcədən uydurularaq saxtalaşdırılmış ittiham üzrə sənədlər, yəni onların mənə verdiyi kustar üsulla hazırlanmış, külli miqdarda, yəni 6,590 qram çəkidə narkotik vasitə olan “heroin”in, guya mənə məxsus olmasına dair təzyiq və təsir altında alınmış etirafedici izahat və ifadələrim mənə imzalatdırılmış, əsassız və qanunsuz olaraq, 30.03.2023-cü il tarixdə barəmdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə (satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) 230800055 saylı cinayət işi başlanılmış, həmin tarixdən şübhəli şəxs qismində tutulmuş, 31.03.2023-cü il tarixdə isə həmin maddə ilə mənə ittiham elan olunaraq barəmdə həbs-qətimkan 
​Hal-hazırda Gəncə 2saylı İstintaq Təcridxanasında saxlanılıram tədbiri seçilib. 
​Həmçinin, qətiyyətlə qeyd edirəm ki, heç bir dini puruplaşmanın üzvü deyiləm, dini qruplaşmalarla heç vaxt əməkdaşlıq etməmişəm, onlarla heç bir əlaqəm və əlaqam olmamışdır, bu gündə  yoxdur. Dini məzhəbimə görə İranın dini məzhəbçilik, təssübkeşlik ideyalarının təsiri altında olmamışam. Demokratik ölkədə yaşayıram. Bu günə kimi dini inacıma görə hər hansı bir təqibə də məruz qalmamışam.
​Mən şüurlu ömrümün bütün illərini Ulu Öndər H.Əliyevin və onun layiqli oğlu, davamçısı kimi Sizin hakimiyyətiniz dövründə keçirmişəm. Heç vaxt dövlətimizə və cəmiyyətimizə qarşı çıxmamışam. Mən həmişə Sizi dəstəkləmişəm, atasının vəsiyyətini yerinə yetirərək Şuşamızı və Qarabağımızı erməni işğalçılarının tapdağı altından alaraq Zəfər bayrağımızı sancmaqla, nəinki Azərbaycanımızın, nəinki dünya azərbaycanlılarının, nəiki dünya müsəlmanlarının, eləcədə haqq və ədalət tərəfdarları olan bütün bəşər övladının qəlbində yaşayacaq şəxs olduğunuz haqqda fəxrlə danışmışam. Dünya dövlətlərinin başçılarının hamısına örnək olan iki dövlət bir millətin, yəni Türkiyə – Azərçaycan prezidentlərinin səmimi dostluğundan fəxrlə danışmışam. Həmçinin şəhərimizdə olan dövlət nümayəndələri ilə münasibətimiz daim yaxşı olub, həmişə dövlət tədbirlərinə dəvət olunmub fəxrlə iştirak etmişəm.


​ Cənab Ali Baş KOMANDAN!
Yuxarıda qeyd olunanları, yəni əsassız və qanunsuz olaraq həbs olunmağımı, uzun müddət əzab çəkdiyim “daxili hemoroy (1 dərəcəli)” xəstəliyimin son zamanlar daha da kəskinləşliyini, vətənimə və xalqıma bağlılığımı, onlara qarşı hər hansı bir dini qruplaşmalarında olmadığımı, dini baxışlarım və məzhəbimə görə dövlətimə və xalqıma heç bir təhlükə yaratmadığımı nəzərə alaraq , mənim işimin ədalətlə aparılmasına göstəriş verməyinizi sizdən xahiş edirəm. Mənim ümidim sizədi, sizin ədalətinizə inanıram və sizdən xahiş edirəm ki, mənim işimin ədaləti aparılmasına göstəriş verəsiniz və mənim işimi öz nəzarətinizə götürəsiniz.

Onu da qeyd edək ki, Nizami Əhmədov bu ifadələri imzalayərkən dövlət tərəfindən təyin olunan vəkil yanında olub.

Ancaq yeni vəkillə müqavilə bağlayan Nizami Əhmədov yenidən istintaqa ifadə verərək, həbsinin saxta olmasını bildirib.

 

Mais

Gununsesi.info