
Əlcəzairdə keçmiş Baş nazir korrupsiya ittihamı ilə həbs edilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, keçmiş Baş nazir Nurəddin Bədəvi və Səhiyyə naziri Abdulmalik Budiyaf haqqında məhkəmə toplantıları tamamlanıb.
Hər iki keçmiş dövlət naziri 5 illik məhbəs həyatı yaşamalı olacaqlar.
Məhkəmənin qərarı ilə onların hər ikisinə 7300 dollar pul cəzası verilib.
Nazirlər Konstantin şəhərində tikilən hava limanı ilə bağlı korrupsiya dindirməsində mühakimə edilirdi.
Onlar hava limanının maliyyətini gerçək qiymətindən 7 qat daha artığa yüksəltməkdə ittiham edilir. 4 ildə inşası gözlənən tikinti uzadılaraq 10 ildə tamamlanmışdı.
Hava limanı büdcəyə böyük yük gətirmişdi.
Tərcümə: Arzu