Mübariz Mənsimov atasının dəfninə qatıla bilməyəcək - QURBAN MƏNSİMOVUN NƏŞİ BAKIYA GƏTİRLİR

  • By admin
  • 20 İyun 2023 18:28

““Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək. Təəssüf hissi ilə bildiririk ki, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir”.

 

HTML tutorial

Bunu Gununsesi.info-ya açıqlamasında “Palmali Group”un mətbuat katibi Fidan Quliyeva deyib.

Onun sözlərinə görə, Qurban Mənsimov öz vəsiyyətinə uyğun olaraq, Bakıda mərhum qızı Nuşabənin yanında dəfn olunacaq.

Qeyd edək ki, Mübariz Mənsimovun atası Qurban Mənsimov müalicə aldığı xəstəxanada uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
15 fevral 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Miyanku kəndində anadan olan Qurban Mənsimov uzun Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə, keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb.
Qurban Mənsimov 9 uşaq atası idi.
Allah rəhmət eləsin!

Günel

Gununsesi.info