
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) akistanın hava limanlarına göz dikib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Pakistan BƏƏ-nin Kəraçi Limanında terminal işlədilməsinə yaşıl işıq yandırıb.
Rəsmi İslamabad dörd terminalın işlədilməsinin BƏƏ-yə verilməsini təsdiqləyib.
Pakistan Hökumətlətarası Ticari İşlərə Dair Kabinet Komitəsinin keçirdiyi toplantıdan həmin limanların 5 illik BƏƏ-yə verilməsinə dair anlaşma təsdiq edilib.
Ancaq sözləşməyə dair son təsdiqləməni Pakistanın Federal Kabineti edəcək.
Nağd pul böhranı yaşayan Pakistanda son dönəmlərdə ölkəyə yatırım çəkmək üçün bir sıra proqramlar və anlaşmalar üzərində işlənir.
BƏƏ-nin Hind Okeanına və Qırmızı Dənizə açılmaq istəkləri diqqət çəkir.
Xatırladaq ki, BƏƏ Eritreyanın ASSAB limanı və Somalidəki limanların inkişaf etdirilməsi ilə bağlı razılaşmalar əldə etmişdi.
Tərcümə: Arzu