Pərviz Şahbazov: “Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə qoyan birinci investordur”

  • By admin
  • 23 İyun 2023 09:47

Böyük Britaniya və Şimali İrlandiyanın yeni kralı III Çarlz-ın doğum günü Bakıda da qeyd olunub. 

Gununsesi.info-nun xəbərinə görə, mərasimdə Azərbaycan hökuməti adından energetika naziri Pərviz Şahbazov çıxış edib.

HTML tutorial

Nazir çıxışında deyib ki, Azərbaycan hər zaman Böyük Britaniyanın dünyanın ən qüdrətli ölkəsi kimi dəhərləndirib.

Ölkələrimiz arasındakı münasibətlərdən danışan Şahbazovun sözlərinə görə, Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan birinci investordur:

“Azərbaycan Prezidenti İlham Əliyev də Birləşmiş Krallıq ilə dostluq əlaqələrinin möhkəmləndirilməsinə önəm verir.

Britaniya Azərbaycanın iqtisadi müstəqilliyindən mühüm rol oynayan strateji tərəfdaşımızdır.  Britaniya 34 milyarddan çox sərmayə yatırıb. İki ölkə arasında ticarət dövriyyəsi 55 faiz artaraq,  1 milyard dolları ötüb”.

 

Pərviz Həşimli

Gununsesi.info