Aztelekom-da FETÖ əməliyyatı -HƏBSLƏR VAR/ ÖZƏL

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ əməliyyatı keçirilib.

Gununsesi.info bildirir ki, hüquq-mühafizə orqanları nazirliyin tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan Aztelekom-da iki şəxsi həbs edib.

Onların FETÖ-çu olduğu ehtimal edilir.
Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Məsələ ilə bağlı Aztelekom Gununsesi.info-nun sorğusunu qəbul etsə də cavablandırmayıb.

Elmar
Gununsesi.info