Yaşayış binasında yanğın məhdudlaşdırıldı - VİDEO/FOTO -Yeniləndi

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

HTML tutorial

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Əlavə məlumat veriləcək.

 

11:00

Abşeronda güclü yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində qeydə alınıb.

Əlavə məlumat veriləcək.

Gununsesi.info