Rusiya ordusuna könüllü qoşulan azərbaycanlı iş adamı həlak oldu

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb. O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.

HTML tutorial

Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.

Gununsesi.info