Paşinyanın sülhməramlılarla bağlı təklifinə Kremldən REAKSİYA

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabdağ müvəqqəti yerləşdirilmiş sülhməramlılarla bağlı təklifini şərh edib.

Gununsesi.info “Sputnik”ə istinadən xəbər verir ki, o, təklifdən xəbərdar olduqlarını açıqlayıb.

HTML tutorial

“Moskva Nikol Paşinyanın regiona BMT mandatı olan sülhməramlıların gətirilməsi barədə təklifindən xəbərdardır. Amma bunun üçün bütün tərəflərin razılığı lazımdır. Moskva və İrəvan müxtəlif səviyyələrdə danışıqlar aparır”, – deyə Kremlin mətbuat katibi söyləyib.

Qeyd edək ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında Rusiyanın sülhməramlılara beynəlxalq mandat verilməsi və ya xarici ölkələrin sülhməramlılarının da cəlb olunması ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirələrə başlamaq üçün təşəbbüs göstərməli olduğunu bəyan etmişdi.

Gununsesi.info