
Bu gün saat 10:30 radələrində Binəqədi rayonu, Xocəsən qəsəbəsində yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, Xocəsən yolunda “Opel” markalı avtomobil əks istiqəmətli hərəkət zolağına çıxıb manevr edərkən qarşıdan gələn DAF markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində “Opel”in sürücüsü xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info