Yaşayış binasında köməksiz qalan 3 nəfər xilas olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

HTML tutorial

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.

 

Gununsesi.info