Almaniyadan orduya 20 milyard dollarlıq böyük yatırım

  • By arzu
  • 25 İyul 2023 12:32

Alman hökuməti orduya yönəlik pul xərcləmələri artıracaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Naziri Boris Pistorius açıqlama verib.

Pistorius yaxın 8 ildə sursat və cəbbəxana ehtiyacı üçün 20 milyard avro xərcləyəcəklərini bildirib.

“Şpigel” dərgisinə açıqlamasında alman nazir çağdaş silah sistemləri və hərəkətə hazır olan cihazlar alacaqlarını bildirib.

Mətbuatda yazılan xəbərlərdə alman ordusunun 230 min mərmisinin olmasının gərəkliliyi yazılır.

Ancaq bu sayın 20 min olduğu vurğulanır.

Xatırladaq ki, son illərdə alman ordusi sursat və təchizat əksikliyi ilə gündəmə gəlmişdi.

Tərcümə: Arzu

Gununsesi.info