ABŞ səfiri Şuşada - Fotolar

Bu gün ABŞ -ın Azərbaycandakı səfirin Mark Libby xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Gununsesi.info bildirir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilir ki, səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi planlaşdırır.

Eyni zamanda planda səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşmək də nəzərdə tutulub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.info